Kanada XİN rəhbəri Ermənistanın təxribatı ilə bağlı Azərbaycan icmasının müraciətini araşdıracaq

DİASPOR 22 sen 2022, 16:14
Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.

Bu barədə Demokrat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Baş nazirin ofisindən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.

“Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top