“Ermənistan ABŞ-ın həm ideoloji müttəfiqidir, həm də Ermənistan Amerika üçün bir vasitədir”..
Bu fikirləri Demokrat.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib. Analitik bildirib ki, Amerikanın Cənubi Qafqazda fəallaşmasının arxasında duran Rusiyanın Ukrayna cəbhəsindəki uğursuzluqlarıdır:
“Yəni, hərbi uğursuzluq ümumi atmosferə təsir edib. Bunu görmək və hiss etmək olur. Amerika Administriyası Ermənistanda Rusiyaya qarşı olan əhval-ruhiyyədən, ümumiyyətlə Azərbaycanda bu əhval-ruhiyyənin ənənəvi olmasından maksimum dərəcədə dividentlər qazanmağa çalışır. Yəni, Azərbaycanda düzdür Amerika siyasətinin dayağı yoxdur. Amma, Ermənistanda Amerikaya olan rəğbəti həm qeyri-hökumət təşkilatları, həm media resurslar, həm də ki, Amerikanın maliyyəsi əsasında yaradılmış partiyalar yaradır. Bundan başqa Ermənistan hökumətində Amerika yönümlü çoxlu məmur var. Bu baxımdan hesab edirəm ki, Amerikanın Azərbaycan-Ermənistan münasibətlərinə töhfəsi ədalətli ola bilməz! Amerikanın əsas məqsədi münaqişəni donulu vəziyyətdə saxlamaqla, Qarabağ ermənilərinin subyekt olmasını təmin etməkdir”.
“Baxın, Amerika üçün Ermənistan hakimiyyəti demokratik alyansın üzvüdür, Azərbaycan hökumətinə münasibət isə bir avtoritar quruma olan münasibətdir. Sadəcə Azərbaycanın təbii resurslarına görə, Azərbaycanla münasibətlər qorunur saxlanılır. Bütün bunlara baxmayaraq, Amerikanın həm ənənəvi xarici siyasətində, həm ictimai diplomatiyasında, həm də ənənəvi diplomatiyasının bir məqsədi var. Bu, həm respublikaçıların, həm demokratların proqramlarında var ki, avtoritar saydıqları rejimləri süquta uğratmaq. O baxımdan hesab edirəm ki, Amerikanın Azərbaycan hakimiyyətini möhkəmləndirmək kimi bir tapşırığı və öhdəliyi yoxdur. Əksinə, Amerikanın Azərbaycanda xaos yaratmaq, hakimiyyəti süquta yetirmək kimi bir tapşırığı var. Çünki bu, Amerikanın ictimai diplomatiyasının əsasıdır”.
A.Həsənov əlavə edib ki, Nensi Pelosi çıxışında buna da eyham etdi:
“Unutmayaq ki, Amerikadakı ermənilər elektoratdılar, siyasi qüvvədirlər. Amerikadakı azərbaycanlıların siyasi qüvvə olması isə birmənalı şəkildə şübhə doğurur. Amerikada ermənilərin çox möhkəm güclü ənənəvi siyasi institutları var. İstər analitik mərkəzləri, istər diasporlarının monolitliyi, istər maliyyə mənbələri və s. bütün bunlar erməniləri Amerika keçidi üçün daha cəlbedici edib. Bu baxımdan düşünürəm ki, Amerika ən yaxşı halda balansı qorumağa çalışacaq. Balans dedikdə münaqişəni dondurmaqla, donulu saxlamaqla, ora beynəlmiləl qüvvələri yerləşdirməklə, məsələni bir növ Kosovo kimi, indiki qondarma Qarabğın müstəqilliyini tanımasa da, orada ermənilərin özünü idarəçiliyini təmin etməkdir. Bu baxımdan mən Amerikanın siyasi oyunlarında Azərbaycanın iştirakını adekvat hesab edirəm. Ancaq düşünürəm ki, Amerika Qafqazda ədaləti bərpa etmək üçün fəallaşmayıb, əksinə Rusiyanın zəifliyindən istifadə edib ki, bu fəallığa start verib”.
Aynurə Pənahqızı
Demokrat.az