“Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanın Qərbə inteqrasiyasına növbəti təkandır”

GÜNDƏM 21 sen 2022, 16:08
“Zəngəzur dəhlizi, Qazaxıstan və Azərbaycanın Avropa Birliyinə təhlükəsiz və sürətli neft və qaz nəqli üçün olduqca əhəmiyyətli yerə sahibdir. Zəngəzur dəhlizinin yaradılması və buradan enerji kəmərlərinin və Avropa Birliyi ilə Asiya ölkələri arasında sürətli və təhlükəsiz yük daşımanın formalaşması, bütün tərəflərin marağındadır”.

Demokrat.az
-ın xəbərinə görə, bunu siyasi fəal Elnur Məcidli bildirib.

E.Məcidlinin sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanın Qərbə inteqrasiyasına növbəti təkandır, Avropa Birliyi ilə sıx iqtisadi və siyasi əməkdaşlıqların formalaşması və buna paralel olaraq regionda daimi sülhün mövcudluğu deməkdir. Bunu istəməyən və bu prosesdən narahat olan iki ölkə var. Rusiya və İran. Rusiya Ukrayna müharibəsində hərbi olaraq böyük itkilərə məruz qaldıqca, İran isə daxili qarşıdurmaların mərkəzinə çevrildikcə, bu prosesə müdaxilə və bu prosesi dayandırma imkanları daha da zəifləyəcək”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top