“Turnikdə dartınanda qolum sındı” — Siyavuş Novruzov

SOSİAL 19 sen 2022, 15:31
Milli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.

Bu barədə "Report"a açıqlamasında deputat özü məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz hadisə ilə idman edərkən üzləşib.

"Təxminən, 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyuldu və müalicələr edildi. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var", - S.Novruzov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top