Mir Şahin: “Guya şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi”

GÜNDƏM 16 sen 2022, 22:17
"…Ssenari həminkidir.
…Azərbaycan öz ərazi bütövlüyünün daha etibarlı təminatı naminə uğurlu əks-həmlə əməliyyatı keçirib, Ermənistanla sərhəddə-demək olar ki, bütün hakim yüksəkliklərə nəzarət imkanı qazanıb. Bu Gələcəyimizin Qələbəsidir! Ermənistan əsgərləri sərhədlərimizdə posta çıxmaqdan artıq nümayişkaranə surətdə imtina edirlər. Ermənistan, özünün 12-14 sentyabr təxribatı zamanı məhv edilmiş hərbçilərinin cəsədlərini öz sərhədlərindənsə yığıb-yığışdırmağa macal və cəsarət tapmır. Düşmən ordusu sarsıdıcı zərbə alıb! Texnikasınln, canlı qüvvəsinin mühüm hissəsini itirib. Əslində bu gün mediada əsas gündəm bu olmalıdır. Biz bu Böyük Tarixi Uğura qol, baş, ürək qoymuş Şəhidlərimizin uca məqamından bəhs etməli, onların öz şəhadəti ilə daha da dəyərləndirdiyi Dövlətimizi, Azərbaycan qarşısında hər birimizin daşıdığı məsuliyyəti düşünməliyik. Amma məqsədli və özü də qara məqsədli bir şəkildə söhbəti “Şəhid Qardaşı” mövzusuna dəyişənlər, Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycanın apardığı işləri görməzliyə vuraraq 34-35-ci dərəcəli məsələlər ətrafında qeybət edənlər öz ampluasındadır"


Demokrat.az xəbər verir ki, bu fikirləri jurnalist Mir Şahin Ağayev sosial şəbəkədə qeyd edib:

"Qubad İbadoğlu, Əli Kərimli, Sevinc Osmanqızı və başqa bu tipli “yaramazların” üzərinə getmək, əyyaş pasifizmi, psevdoinsansevərlik kimi ziyanlı, vətəndaşı vətənə qarşı qoymağa hesablanmış meyllərlə mübarizə aparmaq əvəzinə “Filankəsin üzrxahlıq videosunu kim çəkdi? Kim yaydı?” tək düşük(!) suallara cavab axtarırlar.. Guya Şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi!(? Dostlar, yaxşısı budur gəlin Zəngəzur yolunda əldə edilmiş uğurlu strateji nəticə haqqında düşünək. Ciddi təhlil aparaq. Dahan uzağı görməyə çalışaq. Yox əgər, darıxsaq, bir şəhid ailəsinin qapısını döyək. Allah verəndən pay aparaq. Daha özümüzdən Alicənablar Alicənabı düzəldib, mələk qiyafəsinə girməyə çalışmayaq. Şəhidlərin sayından yox, əldə edilmiş NƏTİCƏDƏN danışaq. Onların valideynlərinin yaralı bağrını hiss edək! Bəsdir quşəppəyi təfəkkürü ilə, balıq şüuru ilə sosial şəbəkədə meydan suladıq. Dünən Şuşaya 30 illik məsafədən boylanırdıq. Bu gün Göyçənin 3 kilometrindəyik! Başa düşürsünüz?"-deyə, o bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top