Azərbaycanlı deputat “Əl Cəzirə” telekanalında erməni həmkarını belə SUSDURDU — VİDEO

SİYASƏT 15 sen 2022, 12:52
“Əl Cəzirə” telekanalında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd rayonlarında törətdiyi təxribatlar və döyüşlər barədə reportaj yayımlanıb. 

Demokrat.az
-ın xəbərinə görə, yayıma qatılan Milli Məclisin deputatı Nigar Arpadarai mövcud siyasi vəziyyət barədə sualları cavablandırıb. O, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyənatın müddəalarına tam əməl edilmədiyini, Ermənistan tərəfinin artıq iki ildir ki, sülh sazişinin imzalanmasından yayınmasını təkrar diqqətə çatdırıb.

 “Ermənistan Azərbaycanın beynəlxalq müstəvidə tanınan sərhədlərini və onun ərazi bütövlüyünü qəbul etmək istəmir. Artıq iki ildir ki, bu istiqamətdə danışıqlar aparılır, regionda sülhün bərqərar olması və sazişin imzalanması üçün Azərbaycan tərəfi bir tərəfli qaydada təşəbbüslərlə çıxış edir. Ermənistan hələ də fərqli bəhanələrlə prosesdən yayınır və bu azmış kimi bəyanatın şərtlərinə zidd olaraq, qanunsuz silahlı qüvvələrini Azərbaycan sərhədlərindən təmizləmir. Hesab edirəm ki, hər iki tərəf sabitliyin və ərazi bütövlüyünün qorunması üçün regionda qaranta çevrilməlidir. Bizim istəyimiz yalnız bundan ibarətdir. ”-deyə millət vəkili N. Arpadarai  bildirib. 

Veriliş zamanı ermənistanlı deputat azərbaycanlı millət vəkilinin fikirlərinə cavabsız qalıb.



Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top