Bakının bu küçələrində sıxlıq var — SİYAHI

SOSİAL 09 sen 2022, 08:59
Bakıda avtomobil yollarında sıxlıq olan ərazilər açıqlanıb.

Demokrat.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

- Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

- “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top