“Ukrayna ordusu bir sıra ərazilər azad edib” — Zelenski hərbçiləri TƏBRİK ETDİ

DÜNYA 08 sen 2022, 11:23
Ukrayna prezidenti Zelenski Xarkovda və ölkənin cənubunda hərbi uğurlara görə Ukrayna ordusunu təbrik edib.

Demokrat.az bildirir ki, Prezident bu barədə videomüraciətində bəyan edib. Zelenski Xerson vilayətində bəzi ərazilərin Rusiya işğalından azad edildiyini bildirib.

“Bu həftə Xarkovdan xoş xəbərlər almışıq. Hər bir vətəndaş ordumuza görə fəxr edir. Hələlik azad etdiyimiz  yaşayış məskənlərini adını çəkmək zamanı deyil. Cəbhədə hər bir uğur vəziyyəti Ukraynanın xeyirnə dəyişir”.

Zelenski 406-cı əlahiddə artilleriya briqadasına və 60-cı əlahiddə piyada briqadasına Ukraynanın cənubunda ciddi uğurlarına görə təşəkkür edib. O deyib ki, bu uğurlar Ukraynanın mövqelərini irəli çəkilməsinə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top