Dövlət qurumu 2 aylıq şirkətdən 16 min manata fotoaparat alır —Təfərrüat

SOSİAL 04 sentyabr 2022, 18:35
Zaqatala Dövlət Qoruğu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Techno Group Azerbaijan” MMC (VÖEN- 1905167681) olub.

“Techno Group Azerbaijan” MMC Zaqatala Dövlət Qoruğuna 1 ədəd fotoaparat dəsti və 1 ədəd fotoaparat üçün obyektiv satacaq. MMC satacağı fotoaparatın qarşılığında 15 min 902 manat alacaq.
Nizamnamə kapitalı 100 manat olan “Techno Group Azerbaijan” MMC -nin hüquqi ünvanı Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 139, m. 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımova Könül Ramazan qızıdır.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət  – “Techno Group Azerbaijan” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Zaqatala Dövlət Qoruğu tender müsabiqəsini (Kotirovka sorğusu) avqust ayının 10-da elan edib. Tender müsabiqəsinin qalibi olan “Techno Group Azerbaijan” MMC isə iyun ayının 6-da dövlət qeydiyyatına alınıb.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top