Ceyhun Bayramov Mirzoyanla görüşəcək

SİYASƏT 31 avq 2022, 21:23
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə tərəflər xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin imzalanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Demokrat.az
xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri sentyabr ayında görüşəcəklər.

Bundan əlavə, qeyd olunub ki, Brüsseldə liderlərin növbəti üçtərəfli görüşü noyabra qədər baş tutacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top