"Caliber" Xodorkovskinin tviti və imperializm barədə — VİDEO

DİGƏR 30 avq 2022, 21:56
Azərbaycan və Qazaxıstan prezidentləri rus dilində danşmaqdan imtina ediblər.

Bakıdakı görüş zamanı liderlərdən hər biri öz dilində danışıb.

Lakin görünür, bu, Rusiyada bəzi dairələri narahat edib.

Bu barədə "Caliber”in yeni süjetində bildirilir.

Videomaterialda qeyd olunur ki, Rusiyanın "Yukos” neft şirkətinin keçmiş sahibi və hazırda ölkə hakimiyyətinə müxalifətdə olan Mixail Xodorkovskinin tviti sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. O, rus dilinin Rusiyanın yumşaq gücü olduğunu və hazırkı dövlət başçısının fəaliyyəti nəticəsində bu gücün yox olmasını iddia edib.

Daha ətraflı "Caliber”in yeni süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top