Kürdəmirdə qəza: Xəsarət alanlar var

HADİSƏ 21 avq 2022, 19:36
Kürdəmirdə yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomaşının həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top