İqtisadçı: “Ölkəmizdə məktəb ləvazimatlarının istehsal olunması zəruridir”

GÜNDƏM 20 avq 2022, 13:29
Son günlərdə məktəb ləvazimatlarının qiymətində bahalaşma müşahidə olunmaqdadır.

Gözlənilir ki, növbəti günlərdə onlara tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı istisna edilmir.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rauf Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, məktəb ləvazimatlarının  qiymətlərində keçən illə müqayisədə bu il minimum 10-15 faiz artım var. İqtisadçının sözlərinə görə, bahalaşmanın səbəbi ölkədə kağız istehsalının olmaması ilə bağlıdır:

"Bildiyimiz kimi, kağız Rusiyadan gəlir və Rusiyada kağızın qiymətində artım müşahidə olunur. Bundan əlavə, ölkədə digər məktəb ləvazimatları ilə bağlı da istehsal yoxdur. Bu məhsullar isə əsasən Türkiyədən gəlir və orada da qiymət artımı mövcuddur. Ümumiyyətlə, inflyasiya da müşahidə olunmaqdadır. Bu baxımdan hesab edirəm ki, bu bahalaşmanın fonunda ilə ərzində 10-15 faiz artımı məqsədəuyğundur".

 Ekspert hesab edir ki, qiymət artımının qarşısının alınması üçün ilk növbədə Azərbaycanda məktəb ləvazimatlarınln istehsalı ilə bağlı fabrik olmalıdır: 



"Amma, nəzərə alaq ki,  bizim yenə də xaricdən asılılığımız olacaq. Bu baxımdan da qiymət artımına tam təsir etməsə də, ola bilər ki, bu məktəb ləvazimatlarının qiymətinə cüzi də olsa təsir edə bilər. Hesab edirəm ki, Qarabağ zonasında da  yaşıllığın salınması, ağac emalı ilə bağlı sənayenin inkişafı bilavasitə olaraq məktəb dəftərlərinə və kitablarının qiymətinə təsir edəcək. Qeyd edim ki, məktəb dəftərlərinin ağ olması üçün xüsusi maddə Finlandiyadan gətirilirdi. Lakin Rusiyanın özündə də bu maddələr hazırlanmadığı üçün onlar da birbaşa olaraq Finlandiyadan asılı idilər. Bildiyimiz kimi, sanksiyalar səbəbindən bu maddənin satışına məhdudiyyət qoyulub. Hesab edirəm ki, qiymətlərin aşağı dqşməsi üçün mütləq şəkildə məktəb ləvazimatları ilə bağlı biz Türkiyə bazarından asılılığımızı aşağı salmalıyıq".

"Mövcud vəziyyəti nəzərə alaraq ölkımizdə də məktəb ləvazimatları istehsalına başlanmasına start verməlidir. Bununla bağlı İqtisadiyyat Nazirliyi sənaye parklarında müəyyən işlər aparmalıdır. Misal olaraq Bakı şəhərinə yaxın olan Sumqayıt Sənaye Parkında bunun istehsalı ilə məşğul olmaq olar. Digər rayonlarda da sənaye parkları təşkil olunur. Yəni, bütün bunlar qiymət artımının qarşısının alınmasına təkan verə bilər", -deyə, iqtisadçı fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top