Ərdoğan Hersoqla danışdı

DÜNYA 19 avq 2022, 22:52
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshaq Hersoq arasında telefon danışığı baş tutub.

Demokrat.az
Trend-ə istinadən bildirir ki, tərəflər Türkiyə-İsrail ikitərəfli münasibətlərinin vəziyyəti və perspektivlərini müzakirə ediblər.

R.T.Ərdoğan qeyd edib ki, Ankara və Təl-Əvivin qarşılıqlı səfir təyinatı ilə bağlı qərarı Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım olacaq və onlara yeni təkan verəcək.

Türkiyə dövlətinin başçısı bildirib ki, Ankara İsraillə qarşılıqlı hörmət əsasında əməkdaşlığın və dialoqun inkişafının tərəfdarıdır.

Tərəflər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top