Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

İDMAN 19 avq 2022, 20:26
Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Demokrat.az
  xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib.

Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top