Ruslan Əliyev işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərdən danışdı

SƏNAYE VƏ ENERGETİKA 19 avq 2022, 12:47
"Bu günə qədər "Azəriqaz"ın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gördüyü işlər ancaq layihələndirmədir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor fiziki işlərin hələlik başlanılmadığın qeyd edib: "İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın Qaz İxrac İdarəsi həyata keçirir. Məhz bundan sonra növbə "Azəriqaz"a çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır.

Bizə bu işlərə başlanılması ilə bağlı tapşırıq gəldikdə bu işlərə başlayacağıq".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top