Azərbaycan Ordusunun helikopterləri təlimdə — VİDEO

HƏRBİ 19 avq 2022, 12:37
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top