700 bal yığan Nigara Türkiyədən rektor zəng vurdu — VİDEO

SOSİAL 18 avq 2022, 13:16
Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Nigar Ağazadənin təhsilini Türkiyədə davam etdirəcəyi barədə xəbər vermişdik. 

Nigarın qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar gələcək tələbəyə zəng edərək ürək sözlərini bildirib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil almağın üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq”, - Ünüvar qeyd edib.

Rektor N. Ağazadənin anasına müraciət edərək “qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın” deyib.

Nigar Ağazadə də universitetə qəbul olduğuna görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözləyədiyini deyib.

Həmin görüntüləri təqdim edirik:

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top