DYP qəza törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq etdi

GÜNDƏM 18 avq 2022, 12:24
“Mütəmadi olaraq bir istiqamətdə proflaktiki tədbirlər görülsə də sürücülər tərəfindən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları  davam edir. Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur.”

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bildirib ki, araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanlərlə inzibati məsuliyyətdən yayınma istəyirlər. “Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyatı üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər hadisə yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli ondan sora hadisə yerini tərk olunmalıdır.”

Rüstəm Əhmədli bildirib ki, bir çox hallarda sürücülər hadisəni gizlədərək öz aralarında razılaşırlar:
 
“Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır.”



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top