Ukraynada Ərdoğan, Zelenski və Quterreş görüşü keçiriləcək

GÜNDƏM 16 avq 2022, 21:32
BMT-nin baş katibi Antoniu Quterriş cümə axşamı Lvova səfər edəcək.

O, Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə Quterreşin ofisi məlumat yayıb.

Məlumata əsasən, ertəsi gün baş katib Odessaya yola düşəcək.

Səfər zamanı taxıl dəhlizi, Zaporojye AES ilə bağlı vəziyyət və Yelenovkadakı istintaq təcridxanası üzrə missiya gündəmdə olacaq./oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top