İrəvandakı partlayışda xəsarət alanların sayı artdı

REGİON 14 avq 2022, 19:45
İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

Bildirilir ki, dağıntılar altında xeyli insan qalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top