İrəvan Metropoliteni işini dayandırıb.
Bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərin daxil olması ilə əlaqədar metronun hərəkəti dayandırılıb.
Hazırda sərnişinlər evakuasiya edilir.
Qeyd edək ki, bundan əvvəl avqustun 2-dəbütün metro stansiyalarının minalanması ilə bağlı xəbərlə əlaqədar İrəvan Metropoliteninin işi dayandırılıb. Ancaq yoxlamalar zamanı bu, təsdiqini tapmayıb.
Demokrat.az

