Mərkəzi Bankda yeni komitə yaradıldı

SOSİAL 12 avq 2022, 18:19
Azərbaycan Mərkəzi Bankının sturukturunda daha bir dəyişiklik olub.

Demokrat.az xəbər verir ki, iki komitə - Pul Siyasəti və Maliyyə Sabitliyi komitələri birləşdirilərək yenidən təşkil edilib.

Bildirilib ki, Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitəyə Mərkəzi Bankın Sədri rəhbərlik edir. Komitənin üzvləri Mərkəzi Bankın pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir.

Qeyd edək ki, bundan əvvəl AMB-dən bir sıra struktur dəyişiklikləri edilib və kadr təyinatları olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top