Xocavənddə aşkarlanan Ermənistana məxsus helikopterin qalıqlarının görüntüləri yayıldı — VİDEO

HƏRBİ 12 avqust 2022, 12:24
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının görüntülərini yayıb.

Görüntülərdə II Qarabağ müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən vurulan helikopterin tamamilə məhv olduğu məlum olur.

Qeyd edək ki, avqustun 11-də Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top