Türkiyəli nazir: “Can Azərbaycan İslamiadaya çox gözəl ev sahibliyi etmişdi”

GÜNDƏM 12 avq 2022, 12:11
"Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. Can Azərbaycan çox gözəl ev sahibliyi etmişdi. Biz də dedik ki, çox gözəl ev sahibliyi edək. Onun üçün çox hazırlandıq. Çərşənbə günü möhtəşəm açılış oldu. Birlikdə o həyəcanı yaşadıq, o xoşbəxt anları paylaşdıq".

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

45 yaşlı nazir bildirib ki, Azərbaycan və Türkiyə milliləri Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər: "Yarışlar davam edir. Hər iki ölkə də kifayət qədər uğurlu çıxış etməkdədir. Həm Azərbaycan, həm də Türkiyə milli komandalarına uğurlar arzulayıram. Bu yarışlardakı əsas məqsəd dostluq və qardaşlığın sıxlaşdırılmasıdır. Biz iki dövlət, tək millətik. Sizin burdakı xoşbəxtliyiniz bizim xoşbəxtliyinizdir. Qardaş Azərbaycana ürəkdən uğurlar arzulayıram".

Qeyd edək ki, medal sıralamasında meydan sahibi Türkiyə birinci, Azərbaycan isə dördüncüdür.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top