Belarusda hərbi hava limanında partlayış oldu

DÜNYA 11 avq 2022, 15:43
Bu gecə Belarusun Zyabrovka hərbi aerodromunda ən azı 8 partlayış baş verib. Hadisə yerindən bir neçə on kilometr aralıda parıltılar müşahidə edilib.

Bu barədə RBC-Ukrayna “Belarus Qayun” monitorinq qrupuna istinadən xəbər verir.

Belarus Müdafiə Nazirliyi partlayışları mühərrikin yanması ilə izah edib. Amma aerodromdan təxminən 20-25 km aralıda çəkilmiş videoya baxsaq, ocaqlar adi yanğına bənzəmir.

KİV-in məlumatına görə, Zyabrovka hərbi aerodromunda Rusiya Silahlı Qüvvələrinin bir qruplaşması yerləşdirilib. Orada çoxlu sayda texnika, xüsusən də 10-a yaxın S-400 “Triumf” hava hücumundan müdafiə sistemi, iki “Pantsir” hava hücumundan müdafiə raket kompleksi, “İskəndər” OTRK, həmçinin tanklar və piyadaların döyüş maşınları var.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top