Göygöldə 4 qız dərmandan zəhərləndi

HADİSƏ 10 avq 2022, 22:26
Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib,vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top