Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlandı

SOSİAL 09 avq 2022, 18:30
2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

Bu barədə  Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədlər toplusu məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Məlumat kitabçasında namizədlərin müsabiqəyə
hazırlığına kömək məqsədilə müxtəlif fənlər üzrə əsas mövzular verilib. Çərçivə sənədi ilə Təhsil İnstitutunun saytında tanış olmaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top