İdman

Azərbaycan həndbolçuları bu gün İslamiadada ilk oyununu keçirəcək

Azərbaycan həndbolçuları bu gün İslamiadada ilk oyununu keçirəcək

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün ilk matçını keçirəcək.

Demokrat.az-ın məlumatına görə, B qrupunda yer alan yığma Kamerun seçməsi ilə üz-üz gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu qrupda İran və Əfqanıstan kollektivləri də yer alıb.

D
demokrat.az