Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin son durumu açıqlandı — YENİLƏNİB

HADİSƏ 07 avq 2022, 12:16

Bakı-Ələt-Qazax magistralında baş verən ağır yol qəzası nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Elvin Mürşüdov təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bu barədə Demokrat.az-a KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, xəsərət alan şəxsin vəziyyəti çox ağırdır: “Elvin Mürşüdov ağır kəllə-beyin travması diaqnozu ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kəskin ağırdır, əməliyyata götürülmə ehtimalı yüksəkdir”.

**10:48


Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bu barədə Demokrat.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top