Özünü qazi kimi təqdim edən daha bir şəxs ifşa olundu — FOTOLAR

SOSİAL 05 avq 2022, 19:18
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında Samir İsmayılov adlı şəxs özünü qazi kimi təqdim edərək etiraz edib. Lakin aparılan araşdırmalar zamanı həmin şəxsin yalanı ifşa olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Demokrat.az-a bildirilib ki, sözügedən şəxs qazi deyil. Nazirlikdən bildirilib ki, həmin şəxs nə Birinci Qarabağ, nə də ki, Vətən müharibəsi iştirakçısı olmayıb. Diqqətə çatdırılıb ki, "qazi" hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəsarət almış və məhz buna görə də, ona 2017- ci ildə əlillik statusu verilmişdir:  

"Bu gün Nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibəsi iştirakçısı deyil. Ona 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib. Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün əlillik təyinatından imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib. Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami rayonu mənzil-kommunal təsərrüfatı birliyinə sosial işçi kimi təhkim edilib".







Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top