Makron: “Dünya Ukrayna böhranının nəticələrini hələ uzun müddət hiss edəcək”

DÜNYA 26 iyl 2022, 22:44
Ukraynadakı hərbi münaqişə fonunda dünyada yaranan ərzaq böhranı hələ uzun müddət çəkəcək.

Bu Fransa prezidenti Emmanuel Makron Kamerunda qlobal ərzaq təhlükəsizliyinə dair görüşdə deyib.

“On səkkiz ay ərzində müharibənin səbəb olduğu nəticələr aradan qalxmayacaq”,- deyə Makron bildirib.

Prezident vurğulayıb ki, buna hazır olmaq lazımdır.

Emmanuel Makron əhalinin keyfiyyətli məhsullarla təminatını davam etdirmək, dayanıqlı kənd təsərrüfatını inkişaf etdirməyin vacib olduğunu bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top