Toya gedənlər qəzaya düşdülər, ölən və yaralanan var

HADİSƏ 25 iyl 2022, 19:59
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun xəbərinə görə, "VAZ-2104" markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb.

Onun sərnişini 1975-ci il təvəllüdlü Ramiddin Yaramməd oğlu Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

A.Hacıyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top