Çavuşoğlu: "Ukraynadakı münaqişənin həlli üçün səylərimizi davam etdirəcəyik"

REGİON 21 iyul 2022, 22:59
"Ukraynadakı münaqişənin həlli üçün səylərimizi davam etdirəcəyik".

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında bildirib.

"Prezidentimizin rəhbərliyi ilə apardığımız diplomatik səylərimiz öz nəticəsini verməkdədir. Sabah biz BMT-nin baş katibi, Rusiya və Ukrayna nümayəndə heyətləri ilə birlikdə bütün dünyaya təsir edən ərzaq böhranının həlli istiqamətində ilk addımı İstanbulda atacağıq", - Çavuşoğlu qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top