DİN: "İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb"

SOSİAL 21 iyl 2022, 20:06
Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

Bu barədə  DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar.

"Həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir", - DİN rəsmisi əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top