Ekspertdən Təhsil Nazirliyinə ittiham: “İmtahan sualları əvvəlcədən iştirakçılara göndərilib”

GÜNDƏM 16 iyl 2022, 12:11
Təhsil Nazirliyinin dünən keçirdiyi məllimlərin işə qəbulu ilə bağlı imtahanında riyaziyyat fənni üzrə sualların imtahandan öncə bəzi iştirakçılara göndərilib. 

Demokrat.az
bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif – ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var:

"Əgər həqiqətən də bu fakt təsdiqini taparsa bu səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaq“.

K.Əsədov bununla bağlı ona göndərilmiş imtahan suallarını paylaşıb:

“Əgər bir sual belə, öncədən göndərilibsə bütün təşkilatçıların istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur”.



Aynurə
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top