"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azaldı

İDMAN 16 iyl 2022, 00:00
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

Demokrat.az
xəbər verir ki, Azərbaycan təmsilçisi İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) və "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin "Apollon" (Limassol" komandası olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top