“Hər bir əlilliyi olan mütəmadi tibb müəssisələrində müayinələrdən keçməlidir” — Şöbə müdiri

SOSİAL 15 iyul 2022, 18:47
“İstənilən vətəndaş əliliyin qiymətləndirilməsi ilə bağlı mütləq şəkildə poliklinikaya yaxınlaşmalıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib. 

Şöbə müdiri qeyd edib ki, poliklinikada onların aldığı müayinə-müalicə, eləcə də ixtisaslaşmış tibb mərkəzinin rəyi əsasında onlara forma tərtib edirlər:

“Burada vətəndaşın adı adsızlaşdırılır, elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Alt Sisteminə (Forma 88) göndərilir. Alt Sisteminə daxil olduqdan sonra vətəndaşın işinə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları baxır və müəyyən vaxt ərzində qiymətləndirilir. Əgər vətəndaşa forma 88-də qeyd olunan diaqnoz və çatışmazlıqlar varsa, imtina qərarı verilir.

Sonradan təkrar əgər vətəndaş müraciət edərsə, bu dəfə onu biz dəvət edirik yerli həkim ekspert komissiyasına, çünki biz vətəndaşın qiymətləndirməsini ilkin olaraq vətəndaşın iştirakı olmadan aparırıq. Tibb müəssisəsinin göndərdiyi elektron Forma 88 əsasında, orada qoyulan diaqnoz qanunvericiliyə uyğundursa əlillik aparılır, uyğun deyilsə imtina qərarı verilir. Növbəti mərhələdə vətəndaş müraciət edərsə, bu dəfə vətəndaşı dəvət edirik və ona agentliyin həkim ekspertləri baxır. Əgər vətəndaşın hazırkı vəziyyəti və əlindəki sənədlər onun əlillik səviyyəsinə əsas verirsə, onda qiymətləndirmə aparılır və vətəndaşın əlilliyi bərpa olunur”. 

T.Qurbanov vurğulayıb ki, hər bir əlilliyi olan şəxs mütəmadi olaraq tibb müəssisələrdən müayinələrdən keçməlidir:

“Bilirsiniz ki, əlillik müddətli və müddətsizdir. Tutaq ki, 5 il müddətli ona görə verilir ki, həmin müddət ərzində vətəndaş müayinə və müalicələr alsın. Əgər 5 il müddət ərzində vətəndaşın vəziyyəti sağalarsa, onda qiymətləndirmədə onun əlilliyi dayandırılır. Yox, əgər vətəndaşın sağlamlıq vəziyyəti əlillik dərəcəsində olarsa, onun təkrar əlilliyi bərpa edilir”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top