“Azercell”ilər bu xidmətin də ödənişli olmasından narazıdır — FOTO

SOSİAL 17 iyul 2025, 14:36

Mobil operator “Azercell”ə qarşı sosial şəbəkələrdə narazılıqların səviyyəsi artmaqda davam edir. Abunəçilər xidmət keyfiyyəti, balans siyasəti və yüksək tariflərdən ciddi şəkildə gileylənirlər. “Azercell” müştəriləri avtomatik balans məlumatı xidməti yenilənməsi üçün 0.59 qəpik tələb edilməsindən narazıdır.

Tribunainfo.az xəbər verir ki, son olaraq, sosial şəbəkə istifadəçisi Əli Murad şəxsi sosial şəbəkə hesabında “Azercell”in xidmət siyasətini tənqid edərək yazıb:

“Ay “Azercell”, bəsdir də, indiyə qədər belə şey olmamışdı. Niyə axı belə edirsən? İnternet qiymətləri qalxdı, konturun istifadə müddəti azaldı. Balansda 5 manat var, deyirəm 9 manatlıq tarifi ləğv edin, ucuz tarifə qoşulum. Deyir, ən ucuz tarif elə budur. Başqa tarifə qoşula bilmirsən. İndidə bu 59 qəpik. Birazdan balansa pul yükləyəndə komissiya da tutacaq, 1 manat yükləyəcəyik, 80 qəpik oturacaq”.

Paylaşımda həmçinin istifadəçiyə “Azercell” tərəfindən göndərilən mesajın skrinşotu da yer alıb. Həmin bildirişdə qeyd olunur ki, balansda kifayət qədər vəsait olmadığından “Avtomatik balans məlumatı” xidməti yenilənməyib. Xidmətin bərpa olunması üçün ən azı 0.59 AZN əlavə yükləmə tələb olunur.

İstifadəçilər “Azercell”in bu siyasətini şəffaflıqdan uzaq, müştəriyə yönəlik olmayan yanaşma kimi qiymətləndirirlər. Abunəçilərin fikrincə, şirkət məcburi yüksək tariflər tətbiq edir, balansa pul yüklənərkən isə əlavə komissiyalar tutmaqla vətəndaşı əlavə xərcə salır.

Qeyd edək ki, “Azercell”in sonuncu qiymət artımından sonra ona qarşı tənqidlər və abunəçilərin nömrələrdən imtina halları artıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top