Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 12 iyl 2022, 18:02
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.

Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top