Bu səbəbdən bəzi sürücülər cərimələndi

GÜNDƏM 08 iyl 2022, 21:00
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, yəni konstruksiya dəyişikliyinə yol verən, qarşı hərəkət zolağına çıxan sürücülər aşkarlanıb.

Həmin sürücülərə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib və bu kimi halların həm özlərinin, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Ümumilikdə keçirilən profilaktik tədbirlər nəticəsində sadalanan qayda pozuntularını törədən 21 sürücü barəsində inzibati protokol tərtib olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top