“Rusiya ordusu Ukraynada buğda sahələrini yandırır”

REGİON 08 iyl 2022, 17:43
“Rusiya ordusu Zaporojye vilayətində buğda sahələrini yandırır”.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Oleq Nikolenko öz rəsmi tviter hesabında paylaşıb. 

Nikolenko, həmçinin Zaporojye vilayətində yanan sahənin fotosunu da paylaşıb: “Rusiyalılar hər dəfə qlobal ərzaq təhlükəsizliyinə önəm verdiklərini söylədikdə bu fotonu xatırlayın. Dünyada milyonlarla insan aclıqla üzləşəcək, çünki Rusiya Ukraynaya qarşı qəddar müharibə başladıb”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top