Tokayevdən Putinə mesaj — İndi başqa dövrdür

DÜNYA 07 iyl 2022, 21:22
Rusiya ixracatçıları tərəfindən Qazaxıstan neftinin nəqlinin dayandırılması riskləri fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz”a yüklərin dəniz daşımalarını inkişaf etdirməyi tapşırıb.

Demokrat.az xəbər verir ki, dövlət başçısının fikrincə, hökumət Qazaxıstan limanlarını da transformasiya etməli və onları Xəzər dənizinin aparıcı qovşaqlarından birinə çevirməlidir.

“Prioritet istiqamət Transxəzər marşrutudur. “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanını işləyib hazırlamağı tapşırıram. Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz daşımalarının imkanlarından tam həcmdə istifadə etməyib. Amma indi başqa dövrdür”, – Tokayev ölkənin nəqliyyat və tranzit infrastrukturunun inkişafı üzrə müşavirədə bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top