Qarabağda fəaliyyət göstərən iş adamlarının nəzərinə! — Güzəştlər artırılacaq

İQTİSADİ 06 iyl 2022, 18:12
Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən iş adamları üçün bir sıra güzəştlər mövcuddur və hazırda bu güzəştlərin artırılması məsələsinə baxılır.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ də var: "Bu, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının cəlbediciliyini artıracaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top