Sabirabadda sürücü avtomobili işıq dirəyinə çırpdı — Ölən və yaralananlar var

KRİMİNAL 05 iyl 2022, 19:04
İyulun 5-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Rüfət Məmiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top