İlqar Məmmədov: “Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyəti ləğv ediləcək”

GÜNDƏM 04 iyl 2022, 16:07
“Ölkənin quru sərhədlərin tam bağlanmasının hələlik ancaq iki mümkün səbəbini görürəm: ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyatını ləğv edəcək referenduma hazırlıq gedir”.

Bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov Meta-da yazıb. Onun sözlərinə görə, bu məsələdə ölkə daxilində xarici elementlərin müdaxiləsi ehtimalını minimuma endirmək məqsədi hiss olunur.

İ. Məmmədov sərhədlərin bağlanmasında AZAL-lın maraqlı olması barədə gəzən versiyanı təkzib edib: “AZAL-ın bu durumdan əlavə pul qazanması biznesin hansısa siyasi məqamlardan faydalanması mövzusudur. Bu cür qərarın siyasi sponsoru çətin ki, AZAL ola. Mən hələlik yeni müharibə ya da referendumdan başqa səbəbini görmürəm. Bəlkə bir qədər vaxt sonra başqa səbəblər də görünər”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top