Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində ekoloji problemlərin həllində bələdiyyələrin rolu müzakirə edilib

SOSİAL 01 iyl 2022, 22:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə xidmətin inzibati binasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ilə görüş keçirilmişdir.

Xidmət rəisinin müavini Bəhruz Məhəmmədovun iştirakıyla keçirilən görüşdə ekoloji problemlərin həllində, o cümlədən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılmasında bələdiyyələrin rolu müzakirə edilmişdir.

Görüşdə vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bu mövzu ilə əlaqəli həyata keçirləcək layihələrdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin verəcəyi töhvələr müzakirə edilmiş və əməkdaşlıq əlaqələrinin bundan sonra daha səmərəli şəkildə davam etdirilməsi qərara alınmışdır.

Görüşdə həmçinin regionlarda, o cümlədən Sultanbud meşəsində “Qırmızı kitaba” düşmüş saqqız ağacının mühafizəsi, habelə maddi mədəni-irs nümunəsi kimi qorunmasının qənaətbəxş səviyyədə olmaması və müfaviq orqanların üzərinə düşən vəzifələr müzakirə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması” qaydasına istinad edən xidmət rəisinin müavini bildirib ki, qaydanın 1.4. maddəsində qeyd edilir ki, “Yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.” Daha sonra 1.5 maddəsin qeyd edilir: “Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır”.

Görüşdə bildirildi ki, bu günədən bələdiyyələrin mülikyyətinə torpağın verilməməsi bu prosesin tam həyata keçirilməsinə maneələr yaradır. Odur ki, nazirlik tərəfindən bu məsələnin diqqətdə saxlanılmasının vacibliyi vurğulanmış, layihənin icrasında bələdiyyələrin qarşılaşdıqları problemlərin həllinə dövlət xidmətinin də gələcəkdə töhvə verməsinin zəruriliyi qeyd edilmişdir.

Görüşdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi Dünya Həsilova da iştriak etmişdir.

Belediyye.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top