Azad edilən ərazilərdə daha 56 mina aşkarlandı

HADİSƏ 28 iyn 2022, 14:47
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Demokrat.az-a verilən məlumata görə, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 31 mina və 147 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 774 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top