Xaricdə alınan sürücülük vəsiqələrini dəyişməyənləri hansı cəzalar gözləyir?

SOSİAL 27 iyn 2022, 17:23
Yol hərəkəti haqqında qanununda xarici ölkələrdən əldə edilən sürücülük vəsiqələri ilə bağlı məsələlər öz əksini tapır. 35-ci maddədə qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşları hansısa ölkədən sürücülük vəsiqəsi alıbsa onu ölkəmizdə yalnız 1 ay ərzində istifadə edə bilərlər. Bu müddət bitdikdən sonra yerli sürücülük vəsiqəsi almalıydılar. 

Lakin bunu etməyənlər üçün cəza mexanizmi də yox idi. Nəqliyyat eksperti Elməddin Muradov Demokrat.az-a müsahibəsində bildirdi ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən bu xətanı törədənlər artıq sürücülük hüququ olmayan şəxs kimi tanınacaqlar. Və bu inzibati xətalar məcəlləsinin 332-ci maddəsi ilə tənzimləncək:

“Sürücülük vəsiqəsini yəni xaricdən alınmış sürücülük vəsiqəsini dyəişmədikdə ağır və yaxudda ölümlə nəticələnmiş yol nəqliyyat hadisəsi törədilsə həmin sürücülük vəsiqəsi ilə yəni 1 ay müddəti ötmüş vəsiqə ilə o halda sürücü cinayət məsuliyyətinə cəlb oluna bilər.Yəni sürücülük hüququ olmayan kimi tanınacaq və ona yanaşma fərqli olacaq. Deyək ki, az ağır xəsarət yetirilmiş şəxsdi və yaxud ağır xəsarət yetirilmiş şəxsdi onu sürücülük hüququ olan şəxs törətsə, cəzası fərqlidir yüngüldür. Amma sürücülük hüququ olmayan şəxs bu qəzanı törədirsə orada artıq həbsə qədər gedir çıxır.”



Bizim sürücülük vəsiqələrimizin xarici ölkələrdə necə tanındığına gəldikdə isə Azərbaycanın verdiyi sürücülük vəsiqələrinin istifadə müddəti hər ölkədə eyni deyil.

“Məsələn Almaniyada deyək 6 aydır, Skandinaviya ölkələrində bəziləri 2 ay müddət götürür, bəziləri 3 ay müddət götürür. Avropanın fərqli ölkələri var ki, ümumiyyətlə heç qəbul etmir ki, yəni mənim ölkəmdə bu vəsiqə ilə sürə bilməzsən, mütləq mənim milli sürücülük vəsiqəmi almalısan. Onu da qeyd edim ki, başqa ölkələrdən gəlib Azərbaycanda 3 ay müddətində qonaq qismində yaşayan insanlar var. Bunlar Azərbaycana qonaq qismində gəlirsə, Miqrasiya xidmətində təbii ki, bunlar qeydiyyata alınır. Yəni 90 gün qalmaq hüququ var.Yəni bu adamlar vəsiqəni dəyişməyə bilərlər.”

Həmin sürücülük vəsiqəsini Asan Xidmət mərkəzlərindən və Dövlət Yol polisi idarəsinin qeydiyyat imtahan şobələrindən 30 manat dövlət rüsumu ödəməklə alacaqlar. Onlar xarici sürücülük vəsiqəsini təqdim edib, müəyyən yoxlamalardan keçdikdən sonra yeni milli vəsiqə əldə edə biləcəklər.

Gülçin Qorxmaz
Demokrat.az


​​​​​​​
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top