AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi

KRİMİNAL 26 iyn 2022, 17:41

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top